İlqar Məmmədov unun bahalaşmasına görə YAP-ı qınadı

  • By admin
  • 03 Yanvar 2022 19:59

İlqar Məmmədov unun bahalaşmasına görə YAP-ı qınadı

“Özəl sərmayələr üçün şəraitin pis olması səbəbi ilə biz hələ də buğdaya görə xaricdən asılı durumdayıq”.
Gununsesi.info bildirir ki, bu sözləri REAL partiyasının sədri İlqar Məmmədov unun qiymətinin bahalaşması ilə bağlı məlumatları şərh edərkən bildirib.
Onun sözlərinə görə, ildə orta hesabla 1,3 milyon ton buğdanı xaricdən alırıq: “Çünki özəl sektor Azərbaycana yatırım qoyub burda lazımi həcmdə keyfiyyətli buğda istehsal edə bilmir. Nə qanun aliliyi var, nə ağlabatan iqtisadi tənzimləmə. Kim bura yatırım edər?”
İ. Məmmədov qiymət artımına görə Yeni Azərbaycan Partiyasını ittiham edib: “İndi YAP deyəcək ki, dünya bazarında qiymətlərə mən nəzarət etmirəm. Amma ölkədəki sərmayə şəraitinə ki, YAP nəzarət edir. Daxili istehsala şərait yaratsaydınız, qiymət artımı cəmiyyətdə çox da ağrılı mövzu kimi qəbul edilməzdi”.
Partiya sədri çorəyin qiymətinin artmasını ölkəyə baha qiymətə idxal edilən buğda ilə izah edib:“2013-2020`ci illərdə Azərbaycan buğdanı hər tonuna görə orta hesabla 215 dollara idxal edirdi, hazırda isə idxal qiyməti 340 dollar ətrafında dəyişir”.

HTML tutorial

İlhamə
Gununsesi.info