İlqar Məmmədov: “Yaxşı olardı ki…” – "ReAl" partiyası parlament seçkilərinə qatılacaq

  • By arzu
  • 06 Dekabr 2019

“REAl Partiyası birmənalı olaraq gələn il fevralın 9-da parlament seçkilərində iştirak edəcək”.

Bu barədə partiya lideri İlqar Məmmədov bildirib.

“Biz artıq hazırlığa başlamışıq. Yaxşı olardı ki, seçkilər bir az gec, yəni yazda keçirilsin. Amma madam belədirsə, fevrala hazır olmalıyıq”, – o qeyd edib.

İlqar Məmmədovun sözlərinə görə, partiya siyahısında 90 namizədin adı  var. “Hazırda siyahının dəqiqləşdirilməsi üzərində iş gedir”, – o bildirib.

Gununsesi.org