İlqar Məmmədovun şərti cəzası ləğv olundu

  • By admin
  • 28 Mart 2019 12:07

REAL hərəkatının sədri İlqar Məmmədovun şərti cəzası ləğv olunub. 

Gununsesi.org xəbər verir ki, martın 28-də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında cəzasını dəyişdirib. Cəza 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi.

Ötən il Ali Məhkəmənin plenumu İ.Məmmədovun şikayətinə baxaraq, onun işini Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi 6 il müddətinə şərti cəza ilə əvəzlənmişdi.