İlqar Rəhimov İBSA-nın vitse-prezidenti seçildi

  • By admin
  • 11 Oktyabr 2021 21:35

09-12 oktyabr 2021-ci il tarixlərində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti İordaniya Haşimilər Krallığında keçirilən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiyasiyasının (İBSA) hesabat-seçki konfransında iştirak edib.

Gununsesi.info  xəbər verir ki, hesabat-seçki konfransında vitse-prezident vəzifəsinə namizəd kimi çıxış edən İ.Rəhimov öz seçki platforması barədə məlumat verib. Bildirib ki, İBSA-nın dəyərlərinin müxtəlif ölkələr arasında təbliğinə, İBSA üzvlərinin daha sıx və səmərəli əməkdaşlığının təşkilinə öz töhvəsini verəcəkdir.

Daha sonra İBSA-nın rəhbər heyətinin seçkiləri keçirilib və İlqar Rəhimov qurumun vitse-prezidenti vəzifəsinə seçilib.