İlyaz Məmmədova Prezidentin fərdi təqaüdü verildi

  • By admin
  • 12 Oktyabr 2016 16:12

Ilham Aliyev

Dövlət başçısı İlham Əliyev İ.Ə.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İlyaz Əmrah oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Gununsesi.info