İmamoğlu Balidə yaralı qalan vətəndaşın bilet qiymətini ödədi: 170.000 TL (8.629,72 AZN)

  • By Günel
  • 10 Avqust 2024 18:24

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Medya İdarə Heyətinin sədri Murat Ongun İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun şəxsi hesabından vətəndaşın bilet pulunu şəxsi hesabından ödədiyini təsdiqləyib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu bədənində sınıq olan və Türkiyəyə qayıtmağa çalışan Tuğcan İşık və tibb personalının bilet pulunu ödəyib.

 

Belə ki, jurnalist Cüneyt Özdemir YouTube-da yayımladığı efirdə İndoneziyanın Bali adasında yol qəzası keçirən və ağır yaralanan Türkiyə vətəndaşı Tuğcan İşıkın müalicə xərclərini ödəyə bilmədiyi səbəbindən, xəstəxanada köməksiz qaldığını açıqlayıb.

Özdemir yayınında Səhiyyə Nazirliyi ilə əlaqə saxladığını, ancaq  təcili yardım təyyarəsi göndərmədiklərini bildirib.

 

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Medya İdarə Heyətinin sədri Murat Ongun Euronews-a açıqlamasında “Cüneyt Özdemirin paylaşımını görəndə, telefon nömrəsini istədik, telefonla danışdıq və problemi başa düşdük, sonra da kömək etdik”,-  deyə o, qeyd edib. İmamoğlunun 170.000 TL bilet pulunu şəxsi hesabından ödədiyini təsdiqləyən Ongun, biletin “business class” olduğunu da söyləyib: “Çünki sadəcə, “business”- də gəlirsə, xəstəni və onu müşahidə edən tibb işçilərini götürürdülər”,- deyə o, bildirib.

 

Qeyd edək ki, avtomobil qəzasında yaralanan  T.İşıkın keçirtdiyi müddəti X platformasında dilə gətirən dostu Bilge Kağan Baş qəzanın təxminən 1 həftə öncə yaşandığını və İndoneziyadakı xəstəxananın əməliyyat üçün 1 milyon TL (50.761,42 AZN) tələb etdiyini yazmışdır. Əlavə olaraq bildirmişdi ki, sığorta məbləği 30.000 dollara qədər qarşılayır: “Ancaq burda xərc çox yüksək çıxır. 2 fərqli əməliyyat lazımdır. Əməliyyatdan sonra bel sürüşməsi müalicəsi üçün təxminən 500.000 TL (25.380,71 AZN), 1 gecə yatması üçün 1500 dollar, cəmi sağalması üçün 1 ay yatmağı lazımdır. Nəticə 100.000 dollar, bəklə də daha çox xərc lazım”,- deyə o, qeyd etmişdir.

Türkiyənin İndoneziyadakı səfirliyi yetərli maddi güclərinin olmadığını bildirərək, T.İşık Türkiyə xəstəxanasına transfer edilib.

Günel

Gununsesi.info