İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Bələdiyyə başqanı Əkrəm İmamoğlu ilk bəyanatını səsləndirib.
Gununsesi.info türk mediasına istinadən bildirir ki, İmamoğlu seçki nəticələri ilə bağlı verdiyi ilk açıqlamada, “İndi gördüyümüz mənzərədən məmnunuq” deyib. “Seçkilərdə çalışan bütün dostlarımıza səslənirəm ki, həssas və sürətli, problemsiz çalışsınlar.
Rayon bələdiyyə sədrliyinin nəticələri və məclis üzvlüyünün nəticələri bizim üçün çox önəmlidir. Bütün suallara cavab verəndə daha aydın açıqlama verəcəyik. Bu günə kimi 33 mindən çox seçki qutusunun üzərində gözümüzü və qulağımızı saxlayırıq”.
Mina
Gununsesi.info