IMAX da Rusiyanı tərk etdi

  • By admin
  • 23 İyul 2022 20:55

MAX Korporasiyası Rusiya Federasiyasında fəaliyyətini dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS Kino Sahibləri Assosiasiyasının idarə heyətinin üzvü Roman İsayevə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, IMAX belə bir qərarı 2022-ci il iyunun 1-də verib. Korporasiya həmçinin bütün Rusiya işçilərini işdən çıxarıb.

IMAX kinoteatrlarda video məzmunun çəkilişi, işlənməsi və nümayişi üçün texnologiyadır. O, daha parlaq təsvirə, eləcə də daha böyük ekran ölçüsünə malikdir. 70-ə yaxın ölkədə bu texnologiya ilə kinoteatrlar var.

Gununsesi.info