İmişli rayonunda “Açıq mikrofon” aksiyası baş tutdu - FOTOLAR

  • By admin
  • 12 Sentyabr 2022 18:52

Ənənəvi hala çevrilən və abonentlər tərəfindən müsbət qarşılanan “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə İmişli sakinlərinin ixtiyarına verilib.

“Səyyar qəbul otağı”na ümumilikdə 10 müraciət daxil olub. Bunlardan 4-ü Yalavac kəndinin bəzi küçələrinə yeni qaz xətlərinin çəkilməsi ilə bağlı olub.

Aksiyaya qatılan Şahin Süleymanovla Süleyman Əliyev fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini istəyiblər.

“Açıq mikrofon”da səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq aidiyyəti üzrə tapşırıqlar verilib.

Gununsesi.info