
Bu gün İmişli rayonunda güclü yeraltı təkanlar baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.infoya verilən məlumata görə, ilk təkan səhər saatlarında, saat 08:49-da qeydə alınıb. 25 km dərinlikdə baş verən 5.6 maqnitudalı zəlzələ 4 bala yaxın hiss olunub.
İkinci yeraltı təkan 3.9 maqnitudada 22 km dərinlikdə olub.Saat 11:51-də qeydə alınan üçüncü təkanın dərinliyi 28 km, maqnitudası 4.1 olub. Zəlzələ yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Təkanlar zamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib.
Rayon ərazisində ciddi fəsadlar qeydə alınmayıb. Hazırda rayon Fövqəladə Hallar komisiyası tərəfindən araşdırma aparılır.