İmişlidə 28 yaşlı gənc qətlə yetirildi

İmişlidə 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

HTML tutorial

Dekabrın 2-də saat 19 radələrində İmişli rayonunda rayon sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini Xəyal Surxayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlərlə X.Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info