İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyevlə vida mərasimi keçirilir

  • By ilhame
  • 19 İyul 2024 13:46

Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbrahim Vəliyevin nəşi İmişli rayonuna gətirilib.

 

Gununsesi.info-nun məlumatına görə, şəhidin nəşi İmişli rayonunun Muradxanlı kəndində ailəsinə təhvil verilib.

 

Hazırda şəhidlə vida mərasimi keçirilir.

 

Qeyd edək ki, İbrahim Ələşrəf oğlu Vəliyev 1924-cü il iyunun 1-də anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Alxanlı və Qaraxanlı kəndləri istiqamətində itkin düşüb.

 

İ.Vəliyev İmişli rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Gununsesi.info