İmişlidə canavarlar iribuynuzlu heyvanları parcaladı

  • By admin
  • 15 Oktyabr 2016 09:50

canavar

İmişlidə canavarlar 4 baş iribuynuzlu heyvana xəsrət yetirib.

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlar örüşdə otlayarkən canavarlar onlara hücum çəkib. Kənd sakinləriin vaxtında müdaxiləsi nəticəsində canavarlar yalnız 4 baş iribuynuzlu heyvanı dişləyərək yaralaya bilib.

Məlumat daxil olan kimi rayon baytarlıq idarəsinin baytar həkimləri gəlib. Yaralı heyvanlara qarşı lazımi tədbirlərgörülüb və nəzarətdə saxlanılır.

Kənd sakinlərinin sözlərinə görə, mal-qara bundan əvvəl də canavarların hücumuna məruz qalıb. Canavarlar bir neçə heyvanı parçalayaraq təsərrüfat sahiblərinə xeyli ziyan vurublar.

Gununsesi.info