![](https://www.gununsesi.info/wp-content/uploads/2016/12/ev3-250x200.jpg)
İmişlidə fərdi yaşayış evi yanıb.
Gununsesi.info xəbər verir ki, hadisə səhər saatlarında Məmmədəin Rəsulzadə küçəsi ev 12-də qeydə alınıb. Adı çəkilən üvvanda yerləşən Abbasov Elxana məxsus evdə anidən tüstülənmə başlayıb. Qısa müddət ərzində güclənən alov 6 otaqdan ibarət bir mərtəbəli evi cənginə alıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb ətraf sahələrə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 120 kvadratmetr olan evin 1 otağı və içərisindəki əşyalar yanıb. EVin qalan sahəsi yanğından mühafizə edilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Gununsesi.info