İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb

  • By ilhame
  • 14 Aprel 2024 16:15

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

 

Gununsesi.info-nun xəbərinə görə, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

 

Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

 

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info