İmişlidə maşın ağaca çırpıldı, ölən var

  • By admin
  • 28 Noyabr 2019 23:03

İmişli rayonunun Şahverdilər kəndində “Renault” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Gununsesi.org xəbər verir ki, hadisə nəticəsində 1987-ci il təvəllüdlü Gəncəliyev Vüsal Mustafa oğlu vəfat edib.

Onun meyiti FHN-in xilasetmə qüvvələri tərəfindən deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Gununsesi.org