
İmişli şəhərində məktəb yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Təhsil Nazirliyinə məxsus umumi sahəsi 2700 m² olan üçmərtəbəli 2 saylı tam orta məktəbin 1-ci mərtəbəsinin girişində elektrik lövhəsi yanıb.
Məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info