İmişli rayonunda pambıq tarlalarında məhsul yığımına başlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib.
Məlumata görə, bu il rayonda 7 033,7 hektar sahədə pambıq əkilib. İndiyə qədər sahələrdən 193 ton məhsul toplanıb. Hər hektara görə, 30,1 sentner məhsul toplanacağı gözlənilir.
Ötən il sahələrdən 18 680,3 ton məhsul əldə olunub və orta məhsuldarlıq hər hektara 24,6 sentner təşkil edib.
Pambıq yığımında 28 maşın, 53 traktor və 114 yedəkli qoşqu cəlb olunub.
Yığımdan əvvəl pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri aparılıb.
Gununsesi.info