İmişlidə zəlzələ olub

  • By admin
  • 13 Avqust 2021 18:01

İmişli rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 16:28-də Saatlı stansiyasından 15 km şimalda, İmişli rayonunda qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,1, dərinliyi isə 52 km olub. Zəlzələ hiss olunmayıb.