İmişlidə avtomobil hasara çırpıldı

  • By admin
  • 13 Oktyabr 2016 19:41

qeza

 

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, qəza bu gün axşam saatlarında rayonun Qaralar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Rövşən Yasəf oğlu Əmənov “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info