İmişlidə Gənclər Günü ilə bağlı tədbir

  • By admin
  • 02 Fevral 2023 09:35

Ötən gün İmişli rayonunun Heydər Əliyev mərkəzində 2 fevral – Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. 

Gununsesi.info xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

Rayon rəhbəri bildirib ki, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Sevindirici haldır ki, bu istiqamətdə ümummilli liderin dövlətçilik irsini öyrənən və təbliğ edən gənclərlə bağlı irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək verən Prezident İlham Əliyevlə yanaşı, birinci vitse-prezident Mehriban Əliyeva da həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün tədbirlərdə yetişməkdə olan gənc nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır.

Tədbirin sonunda İmişli Rayon İcra Hakimiyyəti başçısının müvafiq Fərmanı ilə təltif edilmiş gənclərə “Fəxri Fərman”lar təqdim edilib.





Gununsesi.info