İmişlidə məktəb psixoloqu döyülüb

  • By admin
  • 16 Oktyabr 2017 19:24

7d115364-eee3-4cb8-bdd0-d72102ee4d43
İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb.
“Report”un məlumatına görə, hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib.
Bələ ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Yaralı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info