İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

  • By admin
  • 08 Oktyabr 2017 21:45

qeza_0235
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın  məlumatına görə, hadisə rayonun Gövhərli kəndi ərazisində qeydə alınıb.

Bakının Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun idarə etdiyi pikap tipli avtomobil ekskavatorla toqquşub. Hadisə nəticəsində sürücü ölüb.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info