İmişlidəki ağır qəzanın videosu -Video

Daxili İşlər Nazirliyi (DİN) İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.

Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına “Mersedes” markalı avtomobilin çıxaraq qəza şəraiti yaratdığı əksini tapıb.

DİN-in məlumatına görə, hadisə nəticəsində 2 uşaq həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

 

Gununsesi.info