İmmuniteti gücləndirən “antikovid” menyu

  • By admin
  • 03 Yanvar 2021 12:24

Düzgün qidalanma pandemiyada xüsusilə vacib olan sağlamlığın açarıdır. Dietoloq-qastroenteroloq Nuriya Dianova immunitetin qida ilə gücləndirilməsinin yollarından danışıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Dianova gündəlik “antikovid” menyu nümunəsi verib. Bu menyu sayəsində bədən antikor ifrazı üçün lazımlı maddələri əldə edə biləcək. Onun sözlərinə görə, rasiona mütləq elementlər, zülallar və standart vitaminlər daxil olmalıdır, xüsusilə C və D.

“Səhər yeməyi üçün – heyvan zülalı olan bir dilim pendir ilə sıyıq. Südlü sıyığı yaxşı həzm edirsinizsə, idealdır. Səhər yeməyinə qəhvə, ərik qurusu və ya lifli quru meyvələr əlavə edə bilərsiniz.

Nahar üçün həkim toyuq və ya balıq bişirməyi və onlara karbohidrat mənbəyi olan kartof da daxil olmaqla digər tərəvəzlər əlavə etməyi məsləhət görüb. Gün ərzində ağ çörək əvəzinə humuslu çörək, 50-100 qram kəsmik, həmçinin meyvə yeyə bilərsiniz.

Şam yeməyinə tərəvəz omleti kimi yeməklər hazırlayın. Bir dilim çörəklə tərəvəzli omlet bədənə zülal, yağ, karbohidrat və lif verəcək.

Gündəlik rasion bu şəkildə qurulduqda, bədən gün ərzində immuniteti gücləndirmək üçün, o cümlədən antikor ifrazı üçün lazımi maddələri alır”, – həkim izah edib.

Gununsesi.info