
Türk musiqisinin imperatoru İbrahim Tatlısəsin qızı Dilan Çıtak məşhur Okmeydanı ərazisində yol qəzası keçirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza gecə saat 03:00 radələrində baş verib.
Belə ki, o yağan güclü yağış səbəbindən avtomobilinin idarəetməsini itirib və qəzaya uğrayıb.
D. Çıtak mətbuata açıqlamasında bildirib ki, insan həyatı həqiqətən də saniyələrə bağlıymış: “Bir an avtomobilimin dayanmayacağını zən etdim. Qarşıdan avtomobilin gəlmədiyinə və kimsə ilə toqquşmadığıma görə şükr edirəm” -, deyə o bildirib.
Qeyd edək ki, hazırda D. Çıtakın vəziyyəti normaldır.
Anar
Gununsesi.info