“İmperial” şadlıq sarayında yanğın baş verdi

  • By admin
  • 07 İyul 2022 19:30

Gəncədə fəaliyyət göstərən şadlıq sarayında yanğın baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial” şadlıq sarayında qeydə alınıb.

İlkin məlumata görə, yanğın şadlıq sarayının mətbəxində başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb.

Gununsesi.info