İmran Xan parlament seçkilərində namizəd kimi iştirak edəcək

  • By admin
  • 21 Dekabr 2023 12:48

Pakistanın keçmiş baş naziri İmran Xan fevralın 8-də respublika parlamentinə keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcək.

Gununsesi.info-nun məlumatına görə, yerli media xəbər verir ki, bunu Ravalpindidə müxalifətdə olan Ədalət Uğrunda Hərəkat (JM) partiyasının sədri Qohar Xan bildirib.

Xan qeyd edib ki, həbsdə olan keçmiş baş nazir Pakistanın üç seçki dairəsində – İslamabad, Lahor və Mianvalidə namizəd olacaq.

Ekspertlər vurğulayıblar ki, İmran Xanın seçkilərdə iştirak etmək üçün uzun sürən hüquqi mübarizə aparmalı olacaq. Ekspertlər qeyd edirlər ki, keçmiş baş nazirin texniki olaraq parlamentə daxil olmaq hüququ var, lakin ona qarşı bir çox iş açılıb.

İmran Xan avqustun 5-də məhkəmə onun barəsində korrupsiya işi üzrə həbs qərarı çıxardıqdan sonra polis tərəfindən saxlanılıb.

Avqustun 29-da Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın girov müqabilində azadlığa buraxılması barədə qərar çıxararaq, ona qarşı üç illik həbs cəzasını təxirə salıb. Lakin avqustun 30-da Xan yenidən “dövlət sirrini yaymaq” ittihamı ilə həbs olunub.

Dekabrın 2-də vəkil Qohar Xan Ədalət Hərəkatının yeni sədri olub.

Gununsesi.info