Pakistanda məhkəmə yolu ilə həbs edilən İmran Xanla bağlı iddiala Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz olması səbəbi ilə rədd edildikdən sonra siyasətçi ilə bağlı növbəti addım atılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “rüşvət”lə ittiham edilən İmra Xan sərbəst buraxılıb.
Bundan sonra siyasətçi eyni iddialarla iki həftə boyunca həbs edilməyəcək.
Sərbəst buraxılarkən məhkəmə binasında jurnalistlərə açıqlama verən İmran Xan “Bütün xalqın gözü önündə ölkənin ən böyük partiyasının sədri qaçırıldı”, deyərək Ordu Komandirini ittiham edib.
Xatırladaq ki, polis, məhkəmə və prokurorluq işçilərinin müdaxilə etdiyi bu həbsdən sonra vətəndaşlar meydanları dolduraraq İmran Xanın həbsinə qarşı çıxırdılar.
Tərcümə: Arzu Sayadoğlu