İmran Xan sui-qəsd zamanı 16 yara alıb -FOTO

Xəbər verdiyimiz kimi, noyabrın 3-ü Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub. Naməlum şəxs İmran Xanın içərisində olduğu avtomobilə atəş açıb. Atəş açan şəxs saxlanılıb. 

Gununsesi.info “GEO” telekanalına istinadən xəbər verir ki, sui-qəsd cəhdinin təfərrüatı məlum olub.

Məlumata görə, keçmiş Baş nazir insident zamanı hər iki ayağından yaralanıb.

Güllə İmran Xanın sağ ayağına və sol ayağının sümüyünə dəyib.

Həkimlərin sözlərinə görə, İmran Xan xəstəxanaya çatdırılarkən huşsuz vəziyyətdə olub. Onun ayaqlarında 16 yara izi qeydə alınıb.

Gununsesi.info