İmtahan başa çatıb

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

 

Gununsesi.info-ya Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.

 

Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Gununsesi.info