Imtahan verən abituriyentlər üçün Apelyasiya Komissiyası yaradılıb

  • By admin
  • 18 İyul 2016 10:24

tqdk 3

İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

 

TQDK-nın mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına iyulun 18-də saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Gununsesi.info