
Buraxılış imtahanlarında ən yüksək nəticəni göstərən şagirdlərin kimliyi məlum olub.
Gununsesi.info modern.az-a istinadən xəbər verir ki ,Dövlət İmtahan Mərkəzindən modern.az-a verilən məlumata görə, onlar Bakı şəhəri 125 saylı və Bakı şəhəri 286 saylı orta məktəblərin məzunlarıdır.
Belə ki, Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və Bakı şəhəri 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğlu 300 bal toplayaraq, maksimal nəticə əldə edib.
Qeyd edək ki, adları çəkilən məktəblilər 9-cu sinif buraxılış imtahanında müvafiq olaraq 278.2 və 276 bal toplayıblar
Gununsesi.info