İmtahanda aşağı nəticə göstərən müəllimlərlə bağlı nazirlikdən - VACİB AÇIQLAMA

  • By admin
  • 04 İyun 2018 13:27

 

Diaqnostik qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlər ən minimum dərs yükü ilə təmin olunurlar. Yəni onlara 6 saatdan çox dərs verilmir. Təhsil Nazirliyinin bununla bağlı, yerli təhsil idarəetmə orqanlarına, müəssisə rəhbərlərinə müxtəlif təlimatları var.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

O bildirib ki, sonuncu diaqnostik qiymətləndirmədə müxtəlif fənlərdən aşağı nəticə göstərən müəllimlər var:

“Bu amil dərs yükü bölüşdürülərkən çox ciddi şəkildə nəzərə alınacaq”.

 E. Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmə mütəmadi olaraq keçirilir:

“Aşağı nəticə göstərən müəllimlər üçün növbəti qiymətləndirmə zamanı şərait yaradılacaq və hər bir müəllim öz nəticəsini yüksəltmək imkanına malik olacaq”.