Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir.
“Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır”, – deyə əlavə edilib.
Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.
12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.
Gununsesi.info