İmmuniteti gücləndirir, ürəyi qoruyur – HƏR GÜN BİR STƏKAN İÇİN

  • By admin
  • 02 Aprel 2017 22:00

immuniteti qaldirir

Cücərmiş buğda suyunun bir çox faydaları var. 

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, buğda suyu immunitet sistemini gücləndirir, bir çox mikrob və infeksiyadan bədəni qoruyur. Səməni suyu ilə immunitet sisteminizi qüvvətləndirə bilərsiniz. Eyni zamanda, bədənin hüceyrələrini gücləndirir, qaraciyəri toksinlərdən təmizləyir. Beləliklə də, immuniteti zəiflədən və sizi xəstələndirən səbəblərin qarşısını alır. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır, daha güclü bir immunitetə sahib olmağınızı təmin edir. Tərkibindəki A və C vitamini sayəsində soyuqdəymədən qoruyur, ciddi xəstəliklərin qarşısını alır.

Qan şəkərini azaldır – Cücərmiş buğda suyu içmək qan şəkəri səviyyəsini tənzimləməyə kömək ola bilər. Qlükoza və yağ səviyyələrini inkişaf etdirir. Bu da diabetin idarə olunması üçün təsirli vasitə kimi istifadə edilə bilər. İnsulin istehsalını artırır. Eyni zamanda qaraciyər və yoğun bağırsaqdakı toksinləri çıxarır, zərərli toksinləri təmizləyir. Cücərmiş buğda suyu diabet və ya qan şəkəri ilə əlaqədar problemi olanlar üçün bir müalicə vasitəsidir.

Ürək sağlamlığını qoruyur – Tərkibindəki xlorofil sayəsində damar sərtliyi və yüksək təzyiqin müalicəsində də əhəmiyyətli rol oynayır. Qan damarlarının divarlarını təmizləyir. Qan yollarını genişləndirir və saflaşdırır, bu da qan təzyiqini azaldır.

Bədəndəki pis qoxunun qarşısını alır – Səməni suyu qandakı turşu və toksinləri nizamlayaraq həddindən artıq tərləmənin qarşısını alır. Eyni zamanda bədən istiliyini tənzimləyir. Ac qarına bir stəkan içərək bədəninizdən gözəl qoxu gəlməsini təmin edə bilərsiniz.

Gununsesi.info