İnək buynuzu ilə bu adamı yerə sərdi - FOTO+VİDEO

  • By admin
  • 18 Aprel 2017 13:08

unnamed (6)

Hindistanda inək iki nəfərə hücum edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, evin bağçasına girən inəyi çölə çıxartmağa cəhd edən 2 nəfər inəyin hücumuna məruz qalıb.

Belə ki, hadisə şahidi həmin anı mobil telefonu kamerasına çəkib. Hindistanda çəkilən bu görüntülər virtual aləmdə böyük marağa səbəb olub.

Qeyd edək ki, iki nəfər inəyi qorxutmaq məqsədiylə əlinə aldıqları çubuqlarla yerə vurmağa başlayıblar. İnəksə qorxmaq yerinə onlara hücum edib. Hücuma keçən inək onlardan birini buynuzu ilə vurub, yerə sərib. Digəri isə vəziyyətin yaxşı olmadığnı görüb qaçıb.

Anar
Gununsesi.info