İnək 4 yaşlı uşağı yaralayıb - VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 21 Noyabr 2017 09:05

Bərdə rayonunun Yenidaş kəndində bədbəxt hadisə baş verib.

Gununsesi.info “report”a istinadən bildirir ki, 2013-cü il təvəllüdlü rayon sakini Yusifli Yusif Taleh oğlu yaşadığı evin həyətində danaya yaxınlaşan zaman heyvan onu vurub.
Zərbənin gücündən 4 yaşlı uşaq ağır bədən xəsarətləri alıb. Huşunu itirmiş uşaq ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin məlumatına görə, Y.Yusifliyə hər bir tibbi yardım göstərilsə də, onun vəziyyəti ağır olaraq qalır.

Gununsesi.info