İnam Kərimov Cahangir Əsgərovun yerinə GƏTİRİLİR

  • By admin
  • 19 Fevral 2022 10:12

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.

Gununsesi.info xəbər verir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.

İ.Kərimovun bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək AAAF-ın hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir.

O, bu postda “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyəcək.

Gununsesi.info