Ali Məhkəmənin Mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli vəzifəsindən azad olunub.
Gununsesi.info xəbər verir ki, o, Report-a açıqlamasında məlumatı təsdiqləyib..
Bildirib ki, çalışmanın son yaş həddi ilə əlaqədar olaraq öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib.
Gununsesi.info