
Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” sərgilərinə böyük maraq var.
Gununsesi.info xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov sərgilərin açılışında deyib.
Onun sözlərinə görə, 25-ə yaxın ölkədən 450 şirkət sərgidə iştirak edir, bu, indiyədək təşkil edilmiş ən böyük sərgilərdir: “450 şirkətin 350-si xarici şirkətdir. Bunun səbəbi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir və bu sahəyə dövlət dəstəyinin olmasıdır. Əsas məqsədimiz fermerləri sərgidə təqdim edilən yeniliklərlə tanış etməkdir”.
Gununsesi.info