İnam Kərimova Bakı Ağır Cinayətlər Məhkəməsindən şikayət…

  • By admin
  • 20 Fevral 2024 14:40

Kəlbəcər rayonundan məcburi köçkün, Gəncə şəhərində məskunlaşan Qənbərova Rübabə Qurban qızı oğlu Qənbərov Bəkir Qanboy oğlunun Bakıda Suraxanı rayonunda yaşadığı evdə 3 nəfər şəxsin əlbir olaraq öldürməsi ilə bağlı aparılan məhkəmə istintaqdan narazıdır.

Bununla bağlı o, Gununsesi.info-ya müraciət edərək, müraciətinin işıqlandırılmasını və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova çatdırılmasını xahiş edir.

R.Qurbanova bildirib ki, bu günədək bir neçə məhkəmə prosesi keçirilib, yalnız birinə dəvət olunub.

“Mən Suraxanı rayon Prokurorluğundakı özbaşınalıqdan narahat deyildim ki, məhkəmə bütün özbaşınalıqlara düzgün qiymət verəcək. Sən demə, Bakı Ağır Cinayətlər Məhkəməsi də elə Suraxanı rayon Prokurorluğu kimi “işləyir”.

Bu günədək bir neçə məhkəmə prosesi keçirilib, yalnız birinə dəvət olunmuşam. İş materiallarının surətinin çıxarılmasını istəsəm də, nə prokurorluq, nə də məhkəmə bunu təmin edir. Oğlum yaşadığı evdə 3 nəfərin hücumuna məruz qalıb öldürülsə də, yalnız birinə ittiham verilib. Məhkəmə məni niyə iclaslara dəvət etməməsinin səbəbi də budur ki, bu işi bağlasın. Tez- bazar yekunlaşdırsın. Sizdən xahiş edirəm ki, bu işi öz şəxsi nəzarətinizə götürəsiniz”, – deyə o müraciətində bildirib.

Gununsesi.info