İnam Kərimova ümidlənmişdi, amma ədalətdən məhrum edildi

  • By admin
  • 09 İyun 2023 10:22

Xəbər verdiyimiz kimi, “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Gununsesi.info-nun xəbərinə görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, Bakıda məşhur “İDEAL” mağazalar şəbəkəsinin sahibi olan İlqar İsmayılov məhkəmə çıxışlarında AZAL rəhbəri Cahangir Əsgərovun sifarişi ilə şərləndiyini bəyan edib.

Biznesinin Cahangirov tərəfindən ələ keçirildiyini deyib.

İlqar İsmayılovun həbsindən sonra mağazadakı səhmləri əlindən alınıb və “İDEAL” adını dəyişərək, “ADORA” adlandırıb.

İlqar İsmayılov Ali Məhkəmənin yeni sədri İnam Kərimova yazdığı müraciətdə başına gətirilənləri geniş qeyd edərək, yeni sədrdən ədalət gözlədiyini yazıb.

Ancaq Ali Məhkəmənin yeni sədri həbsdəki iş adamının bu müraciətini nəzərə almayıb və qanunsuz hökm qüvvədə qalıb.

Mais

Gununsesi.info