ABŞ-da baş verən bir hadisə beynəlxalq ictimaiyyətin gündəmində olub. Oensilvaniyada yaşayan Klayton və Kerri Lou adlı cütlük bankdan çıxardıqları 4000 dolları evlərinə gətirib.
Gununsesi.info-nun xarici KİV-ə istinadən məlumatına görə, cütlük pul bağlamalarını evdə qoyandan sonra ev işləri ilə məşğul olmağa başlayıb və birdən müşahidə ediblər ki, adətən çox sakit olan pudel cinsi it ağzındakı pul bağlamalarını dişləməyə başlayıb.
33 yaşlı Kerri mətbəx masasının üzərinə qoyduğu pulun yox olduğunu anlayıb. “Kleyton birdən mənə qışqırdı və itimizin 4000 dollar yediyini söylədi. Eşitdiyimə inana bilmədim, az qala infarkt keçiricəkdim”, – deyə o bildirib.
Onların iti Sesilin çox sakit xasiyyətə malik olduğunu və heç vaxt əşya və ya oyuncaq çeynəmədiyini bildirən Kerri bu pulun cütlüyün ortaq hesabından çəkildiyini və onlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Vəziyyəti görən cütlük baytarla danışıb və itin çeynəyib yediyi əskinasları toplamağa başlayıb. Cütlük itin əskinasların bir hissəsini həzm etməyə başladığını və tualetə gedəndə çölə çıxdığını, qalan pulun isə it qusduğu zaman yığıldığını bildirib.
“Pul çox pis qoxuyurdu, lakin bu, biz onu xilas edə bildiyimiz yeganə yol idi. Möcüzə nəticəsində biz 4000 dolların böyük hissəsini xilas edə bildik”, – Kerri deyib. Cütlük 450 dolları yığa bilmədiklərini söyləyib.
ABŞ mətbuatına açıqlama verən cütlüyün bank şöbəsi belə qəzaların baş verdiyini və pulun üzərində seriya nömrəsi göründüyü müddətcə pulu geri ala biləcəklərini bildirib.
Gununsesi.info