“Nəinki CXP-li millət vəkillərindən biri, hətta, ən sıravi üzvlərdən belə kimsə AKP ilə, “Saray”la əlaqəli ola, ondan təlimat ala bilməz. Bu, əsla mümkün deyil”.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu CXP Yalova millət vəkili, partiya başqanlığına əski namizəd Muharrem İncə CXP lideri Kamal Kılıcdaroğlunun “müxalif”lərə yönəlik “Saray” düməyə basdı” açıqlamasına münasibətini bildirərkən deyib.
O, bu açıqlamanın CXP üzlərinə qarşı bir aşağılama və həqarət olduğunu da sözlərinə əlavə edib.
Eyni zamanda, özünün və CXP-dəki digər “müxalif”lərin də bir daha AKP ilə əlaqəli olmasını qətiyyətlə təkzibləyib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info