“İndi də qaytaracaqlar…” - POLİTOLOQ

  • By admin
  • 10 Yanvar 2017 11:44

Elxan Shahinoglu

“Rəsmi İrəvanın əsgərimizin meyidini qaytarmamasının səbəbi odur ki, guya bu yolla Azərbaycanın Ermənistanla güc dilində danışmasını əngəlləmək istəyirlər. Yəni, demək istəyirlər ki, növbəti dəfə də hücum etsək, şəhid olan başqa hərbçimizin də meyidini qaytarmayacaqlar. Bu yolla bizi hücumlardan çəkindirmək istəyirlər”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu, faydasız siyasətdir.

“Milli qəhrəmanımız Mübariz İbrahomovun da cəsədini tanınmaz hala gətirdilər və uzun müddət qaytarmadılar. Nəticəsi nə oldu? Qaytardılar və biz onu böyük təntənə ilə dəfn etdik. İndi də qaytaracaqlar. Hərbçimizin meyidinin qaytarılmasının gecikdirilməsi Azərbaycanı işğalçı dövləti daima təzyiq altında saxlamaq siyasətindən çəkindirməyəcək.

Dağlıq Qarabağın həbsxanasında saxladıqları iki Azərbaycan vətəndaşını da geri qaytaracaqlar, sadəcə, siyasi alver etmək istəyirlər. Nə etsələr də alınmayacaq, çünki artıq Ermənistan cəmiyyəti də anlayır ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq və İrəvanın siyasəti hərbi toqquşmaların, itkilərin sayını artırır”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info