“İndi deyəcək söz yoxdur” – DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİSİ (ÖZƏL)

  • By admin
  • 13 May 2020 18:08
Dövlət Təhlükəsizlik Xidmətinin anti-korrupsiya əməliyyatları Dövlət Sərhəd Xidmətinə də keçdi.
Məlum olduğu kimi DTX və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin bir qrup vəzifəli şəxslərini həbs edib.
Bu həbslərlə bağlı Gununsesi.org-un əməkdaşı DSX -nin rəisi general-polkovnik Elçin Quliyevlə əlaqə saxlayıb.
General tabeliyində olan zabitlərin həbsi barədə suala cavab verməkdən imtina edib.
“İndi deyəcək, söz yoxdur. Sonra açıqlama alarsınız”, – deyən Elçin Quliyev telefonun dəstəyini asıb.