İndi Kəlbəcər daha da gözəlləşib… - FOTOLAR

Respublikamızın dilbər guşələrindən olan Kəlbəcər rayonu əsrarəngiz gözəlliyə, zəngin təbii sərvətlərə malik diyardır. Uzun illər bu gözəllikdən məhrum qalmışdıq. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər torpaqlarımız kimi, Kəlbəcərdə də bu gün qalib Azərbaycan əsgəri xidmət aparır. İndi Kəlbəcər daha da gözəlləşib…

Kəlbəcər sanki bir təbiət möcüzəsidir. Bu möcüzəni, təbiət gözəlliklərini nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər. Rayonun ərazisi dağlıqdır. Ən yüksək zirvələri Gamış dağı (3724 metr) və Dəlidağdır (3616 metr). Rayon ərazisində çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb. Gözəl təbiəti, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafını şərtləndirir.

HTML tutorial

Gununsesi.info azərbaycanlı fotoqraf Lyokinin Kəlbəcər rayonunda çəkdiyi fotoları təqdim edir.