
“SOSİAL ETİKA” ADLI LAYİHƏ BAŞA ÇATDI
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihə uğurla başa çatıb.
Gununsesi.org xəbər verir ki, təlimin son qonağı əməkdar artist Vahid Əliyev deyib ki, indiki dövrdə rejissorlar aktyorları elə sosial şəbəkələrdən seçirlər. Heç bir qabiliyyəti olmayan insanlar məzmunsuz videolar çəkib, rahatlıqla “İnstagram”a yükləməklə sabahın aktrisası ola bilirlər. “Təki soyunsun, açıq-saçıq səhnələrə çəkilsin. Soyunmaq olar e, amma gərək o bədənlə bir söz də deməyi bacarasan. 40-50 il keçəndən sonra oynadığım tamaşa yaddaşlarda yaşayacaqsa, bədənimlə tamaşaçıya nəsə çatdıra biləcəyəmsə, özüm də səhnəyə lüt çıxaram. Bu gün bu məqsəd önəm daşımır deyə, mənə edilən “lüt oynamalısan” təklifini rədd etdim”.
Aktyor sənətşünasları da tənqid atəşinə tutub: “Bu gün sənətşünaslar o filmlər, seriallar barədə tənqidi yazılar yazmalıdır. Əməkdar artist bütün bu neqativ hallara görə, internet anlayışından uzaq olduğunu, heç bir sosial şəbəkədə aktiv olmadığını da vurğulayıb.
Təlimdə həm də, aktyor tələbələrlə birgə etüdlər hazırlayıb, onların suallarını cavablandırıb. Sonda tələbələrdən təlim boyunca verilən tapşırıqların nəticəsi öyrənilib, sertfikatlar paylanılıb və xatirə fotosu çəkilib.
Gununsesi.org