
“Dünya sən nə qədər amansız və vicdansızsan…42 yaşında da insan dünyadan gedər?.. Yəni, bu qədərmi çətindir belə insanları dünyanda saxlamaq… Ya, onların yoxluğu ilə sınayırsan bizi, ya da…Çox üzüldüm…Çoooox”.
Gununsesi.info-nun məlumatına görə, bunu tanınmış ifaçı, Əməkdar artist Aybəniz Haşımova “Space”-nin keçmiş əməkdaşı, rejissor Könül Nəzərlinin vaxtsız və faciəli şəkildə dünyasını dəyişməsilə bağlı “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb.
“Dünyalar qədər xətrini sevdiyim, əziz bacim, dostum, “Space”-nin rejissoru Könül xanim Nəzərli… 42 yaşında əbədi gözlərini yumdu…Bu xəbəri bir az olar eşitdim…Dünya onsuz da gözümdən düşmüşdü… Daha betər nifrət etdim dünyaya…Dünya, mən səndən hec vaxt qorxmamışdım…Bu gün amma sənin əslində bir canavar olduğunu anladım… Harda yaxşılar var Onu udursan…Deyəsən, sən də ağzının dadını yaxsşı bilirsən…
Nə istədin axı sən Könüldən dünya?.. Heç olmasa, balasının toyunu görəydi…Hərdən zəng vurardı mənə… Baci, “Space”də filankəs var, onun toyunda gəlib bir- iki mahnı oxuyarsan?..Başüstə, gələcəm can, deyirdim…Indi sənin balanın toyuna məni görəsən, kim çağıracaq dostum??? Niyə belə oldu Könül xanım???Axı, sən belə getməli deyildin…Bilmirəm nə yazim ki, Allahın yazdığından daha həlim olsun…”-deyə, o, daha sonra yazıb.
Gununsesi.info